Site icon Aznews TV

Azərbaycan Ermənistanın məsuliyyətə cəlb edilməsini istəyir

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

Bildirilib ki, 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın azad edilmiş ərazilərində minaların yaratdığı ciddi təhlükəyə nəzər salmaq vacibdir:

“Ermənistanın onilliklər boyu davam edən işğalı nəticəsində 2020-ci ildən bəri 388 Azərbaycan vətəndaşı mina qurbanı olub. Azad edilmiş əraziləri çirkləndirən minalar mülki şəxslərin həyatını təhlükə altında saxlamaqda davam edir, keçmiş məcburi köçkünlərin geri qayıtmasına maneə törədir və yenidənqurma işlərini əngəlləyir”.

Məlumatda vurğulanıb ki, mina fəaliyyəti gözləyə bilməz:

“Azərbaycan öz xalqı üçün minalardan azad, təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün öhdəliyinə sadiq qalır və qətiyyətlidir”.

Exit mobile version