Site icon Aznews TV

Azərbaycan-İran sərhəddində 3 narkotik qaçaqmalçısı saxlanılıb

Azərbaycanİran sərhəddinin, Cəbrayıl rayonunun Horadiz bölgəsində üç iranlı narkotik qaçaqmalçısı saxlanılıb və onların üzərindən 63 kq heroin aşkarlanaraq götürülüb.

Əkbər Quluzadə, Malik Baqiri və Əli Əsədli adlı şəxslər Azərbaycan Respublikasının sərhəd qoşunlarının əsgərləri tərəfindən həbs olunub.

İranlı narkotik qaçaqmalçılarının saxlanılması bu ölkənin Azərbaycan Respublikasındakı səfiri Abbas Musəvinin İranın Cəbrayıl rayonunda xəstəxana tikmək barədə martin 11-də verdiyi məlumatı ilə eyni vaxta təsadüf edib.

Bundan öncə İranın bir sıra dövlət qurumlarının nəzarəti altında fəaliyyət göstərən narkotacirlərin Azərbaycan ərazisinə narkotik maddələr daşıması ilə bağlı çox sayda faktlar aşkar olunub.

Exit mobile version