Site icon Aznews TV

Azərbaycan İrandan uyuşdurucu qaçaqmalçılığı qrupunun ölkəyə daxil olmasının qarşısını alıb  

“Aznews tv” xəbər verir ki, bu barədə Azərbaycan Sərhəd Qüvvələri və Baş Prokurorluğunun bəyanatında məlumat verilib.

Bildirilir ki, Cəlilabad istiqamətindən İran-Azərbaycan sərhədini yararaq Azərbaycan tərəfə keçmək istəyən 3 nəfərlik qrup ilə sərhədçilər arasında silahlı qarşıdurma zamanı qaçaqmalçılardan biri öldürülüb, bir nəfər həbs edilib, digəri isə hadisə yerindən qaçmağa nail olub.

Xatırladaq ki, aprelin 4-də də Cəbrayıl bölgəsi ərazisindən İrandan Azərbaycana narkotik və uyuşdurucu maddə qaçaqmalçılığı ilə məşğul olan 6 nəfərdən ibarət qrupla Azərbaycan sərhədçiləri arasında qarşıdurma zamanı onlardan biri öldürülmüş, digəri isə həbs edilmişdi.

Exit mobile version