Site icon Aznews TV

Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir

Nazirlikdən verilən xəbərə görə, məşğələlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir, həmçinin hərbi əməliyyatlarda qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir.

Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.

Exit mobile version