Site icon Aznews TV

Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin ABŞ səfəri dünyanın diqqət mərkəzində

ABŞ prezidenti Donald Tramp özünün “Truth” sosial media hesabında yazıb: “Sabah Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Tarixi Sülh Sammiti üçün qəbul etməyə səbirsizliklə gözləyirəm. Bu iki Xalq uzun illərdir ki, müharibə aparır və minlərlə insanın ölümü ilə nəticələnir.

Mənim Administrasiyam uzun müddətdir ki, hər iki tərəflə əlaqədədir.

Sabah Prezident Əliyev və Baş nazir Paşinyan mənimlə birlikdə Ağ Evdə sülh sazişinin rəsmi imzalanması mərasimində iştirak edəcəklər”.

Qeyd edək ki, bu səfər çərçivəsində Zəngəzur dəhlizinin açılması, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanması, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması, ATƏT-in Minsk Qrupu ləğv edilməsi,  “907-ci düzəliş”in ləğv edilməsi və s. məsələlər barədə mühüm anlaşmanın olması bildirilir.

Exit mobile version