Site icon Aznews TV

Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşə bilər

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, rəsmi Moskva oktyabrın 12-də MDB-nin Bişkek sammiti çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün mümkünlüyünü nəzərdən keçirir.

Qaluzin qeyd edib ki, Qərb Moskvanın vasitəçiliyi ilə əldə edilən nailiyyətləri nəzərə alsa, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üzərində Rusiya, Avropa İttifaqı və ABŞ birgə fəaliyyət göstərə bilər.

Exit mobile version