Dünya

Co Bayden Myanmada hərbçiləri hakimiyyəti tərk etməyə çağırıb

Myanma nizamiləri hakimiyyəti tərk etməli, ölkə liderlərini və tutduqları vətəndaş toplumu nümayəndələrini sərbəst buraxmalıdırlar.
Bunu Amerika prezidenti Co Bayden deyib. Onun sözlərinə görə, Myanmadakı durumu Cümhuriyyətçilər azlığının Senatdakı lideri Mitç Makkonnell ilə müzakirə edib. Ölkə başçısı deyib ki, həmsöhbətləri hakimiyyətin ələ keçirilməsinin qəbuledilməz olduğunu bildiriblər.
“Myanma nizamiləri ələ keçirdikləri hakimiyyəti tərk etməli, həbs etdikləri fəalları, vəkilləri və vəzifəli şəxsləri sərbəst buraxmalıdır. Habelə irtibatdakı məhdudiyyətləri ləğv edilməli və zorakılıqdan çəkinməlidirlər. Əvvəl də dediyim kimi, demokratiya, qanunun aliliyini qorumaq və cavabdeh şəxslərə qarşı tədbirlər görmək üçün tərəfdaşlarımızla birgə işlər görəcəyik”, – deyə Co Bayden söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button