Site icon Aznews TV

Azərbaycanda ilk dəfə “Mədəni irs” forumu keçirilir

Forumda mədəniyyətin, milli irsin yaşadılması, inkişafı, təbliği, mövcud vəziyyət, maddi, qeyri-maddi irsimizə, təsviri, tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar aparılır.

Forumda “Azərbaycanın daşınmaz tarixi – mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, postkonflikt dövründə Azərbaycanın tarixi – mədəni və təbii irsinin qorunması məsələləri, daşınar mədəni irs: muzey işi və müasir çağırışlar, qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar mövzuları üzrə panellər nəzərdə tutulub.

Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

Exit mobile version