Site icon Aznews TV

Azərbaycandakı diplomatik korpusların nümayəndələri Qarabağa gediblər

Diplomatik korpusların və beynəlxalq qurumların nümayəndələrinin olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Onların arasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva və başqa şəxslər də var.

Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onları hava limanı ilə tanış edib. O, həmçinin Füzulinin və rayonun bərpası planları haqqında qonaqlara təqdimatla çıxış edib.

Qeyd olunub ki, Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və ona hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.

Diplomatlara, həmçinin Füzuli və Cəbrayıl rayonlarında həyata keçiriləcək infrastruktur layihələri barədə məlumat verilib.

Xarici diplomatlar bu gün Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcəklər.

Exit mobile version