Site icon Aznews TV

Azərbaycanın İrandakı səfirliyinə hücum olub, 1 nəfər ölüb

Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Hücum edən və ya edənlərin  avtomat silahı ilə silahlandığı bildirilir.

Nəticədə səfirliyin  mühafizəsinin əməkdaşı Orxan Əsgərov qətlə yetirilib, bir nəfər yaralanıb.

Diplomatik kanalların verdiyi məlumata görə, hücum edən şəxs saxlanılıb.

İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başladığını bildirir.

Exit mobile version