Site icon Aznews TV

“Azərbaycanın sərvətlərinin talanmasına son qoyun”-Təbrizdə yazılı vərəqələr yayılıb

Vərəqələrdə Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədinin “gündə Süngün mis mədənindən 50 milyard tümən dəyərində xam mal Kirmana daşınır. Bu sərvət əyalətdə qalsa bura cənnətə çevrilər” sözü qeyd olunub.

“Bu söz Azərbaycan sərvətlərinin talanmasına bariz bir nümunədir. Talanan və aradan aparılan yalnız dil və mədəniyyətimiz deyil.

Bu haqq sözləri dilə gətirən bir çox mədəni fəallarımız bu gün zindanlardadırlar. Onları müdafiə etmək hamımızın borcudur”-deyə, vərəqələrdə bildirilıib.

 

 

Exit mobile version