
Azərbaycanlə fəallar İranın Ətraf Mühit Təşkilatının rəhbərinin iclasının keçirildiyi Təbrizin Şəhriari otelinin qarşısında “Urmiya gölü hövzəsi bir ildə Urmiya gölünün illik yağıntısının ən azı beş qatını alır. Urmiya gölü tamamilə bərpa oluna bilər” yazılı pankart açıblar.
Bannerdə Urmiya gölünün bərpası üçün həll yolları belə ifadə edilib:
“İcazəsiz quyuların bağlanması, icazə verilən quyuların təyinatına uyğun işlədilməsi, Urmu gölündən qiymətli torpaq və duzların çıxarılmasının qadağan edilməsi, becərmə və kənd təsərrüfatının mexanizasiyasının dəyişdirilməsi, fabriklərin və su istehlakçılarının Urmu gölünün suyunu tamamilə təkrar emal edilməsi.”
Həmçinin Azərbaycan Velosiped Turu mərasimində daha bir neçə Güney Azərbaycanlı üç dildə: türk, ingilis və fars dillərində yazılmış pankart açaraq Urmiya gölünün qurudulmasına diqqət çəkiblər.