Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Azərbaycanlı hüquqşünas Əbülfəzl Rəncbərinin həbsindən 100 gün keçir

Təbriz universitetində əmək və fundamental hüquq fənlərindən dərs deyən və məhkəmə işlərində siyasi fəallara hüququ yardım edən Əbülfəzl Rəncbəri 2025-cü il mayın 4-dən bəri qanuni əsas olmadan həbsdədir.

Azərbaycanlı hüquqşünasın həbsinin 100-cü günü tamam olur.

Azərbaycanlı vəkil Sina Yusifi özünün sosial media hesabında bununla bağlı yazıb: “Doktor Rəncbəri təxminən bir ay əvvəl Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasından şəhərin mərkəzi həbsxanasına köçürülüb. O telefon zəngləri etmək, ailəsi ilə və vəkillə görüşmək hüquqlarından məhrum edilərək olunmadan qeyri-müəyyən şəraitdə bir nəfərlik kamerada saxlanılır.”

Məlumatlı mənbələrin bildirdiyinə görə, iş üzrə müstəntiq əvvəllər müvəqqəti həbs qətimkan tədbirinin zaminə çevrilməsinə razılıq verib, lakin ETTELAAT qüvvələrinin prokurora təzyiqi məhkəmə prosesinin dayandırılmasına səbəb olub.

Vəkilə qarşı “sistem əleyhinə təbliğat” ittihamının irəli sürüldüyü bildirilir.

Vəkilin həbsdə saxlanmasının davam etməsi və onun vəziyyəti haqqında məlumatın tam olmaması doktor Rəncbərinin sağlamlığı və təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.

Related Articles

Bir cavab yazın

Back to top button