Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
AzərbaycanGüney Azərbaycanİran

Azərbaycanlı məhbuslar Evin həbsxanasında eyləm keçiriblər

Tehranın Evin həbsxanasının 7-ci bölməsində saxlanılan 8 azərbaycanlı milli-siyasi məhbus 6 ərəb siyasi fəalın edam edilməsinə etiraz olaraq, etiraz eyləmi keçiriblər.

Bununla bağlı insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, 3 saat davam edən etiraz aksiyası həbsxana nəzarətçilərinin müdaxiləsindən sonra başa çatıb.

Vədud Əsədi, Məhəmmədrza Fəqihi, Mürtəza Pərvin, Araz Aman, Mahmud Ocaqlu, Tahir Nəqəvi, Kərəm Mərdanə, bu vasitə ilə həm də İran məhkəmələrinin ədalətsiz qərarlar verdiyinə diqqət çəkmək istəyiblər.

Qeyd edək ki, İran Məhkəmə Sisteminə bağlı “Mizan” saytının məlumatına görə, oktyabrən 4-də Xuzistan əyalətində 6 ərəb siyasi məhbus edam edilib.

“Separatçılıq” və “İsraillə əməkdaşlıq”da günahlandırılan fəalların harada dəfn olunduğu barədə ailələrinə məlumat verlməyib, ailələrin yas mərasimi keçirmələrinin qarşısı alınıb.

İran ərəblərinin “Karun” insan haqları təşkilatı yaydığı bəyanatda edam edilən məhbuslara işgəncə verildiyini və barələrində irəli sürülən ittihamların saxta olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button