Site icon Aznews TV

Azərbaycanlı milli fəala qarşı yeni ittihamlar

Xoy Şəhərinin Fəta polis bölməsinə çağırılan milli fəal Cavad Əhmədi Yekanlıya qarşı yeni ittiham irəli sürülüb. Məlumata görə, Fəta əməkdaşları culayın 20-də fəalın anası ilə əlaqə saxlayıb. Belə ki, onu polis bölməsinə çağırıblar. Məsələni aydınlaşdırmaq üçün bölməyə gedən Əhmədi Yekanlıya “özünüzü çağırsaydıq gəlməyəcəkdiniz, ona görə ananızı çağırdıq” deyilib. Milli fəal sorğu-sual edildikdən sonra “Qarabağa dəstək etirazına çağırış etməklə rejimə qarşı təbliğat aparmaq”da ittiham olunub. Beləliklə, Xoy İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə aparılıb. O, 20 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında məhkəmə tərəfindən müvəqqəti azadlığa buraxılıb. Xatırladaq ki, Əhmədi Yekanlı bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda mədəni fəaliyyət göstərib. Buna görə də dəfələrlə əmniyyət qüvvələri tərəfindən saxlanılıb. Habelə müxtəlif basqılara məruz qalıb.

Exit mobile version