Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Azərbaycanlı sənətçi xanım çərşənbə günü təhlükəsizlik orqanına getdikdən sonra yoxa çıxıb

Azərbaycanlı xanım sənətçi Aqşin İmami çərşənbə günü səhər saatlarında çağırışa əsasən Təbrizdə molla rejimin ETTELAAT İdarəsinə gedib. Həmin vaxtdan bəri onun barəsində heç bir məlumat almaq mümkün olmayıb.

Azərbaycanlı sənətçinin ailəsinə yaxın olan məlumatlı mənbə Aşqın İmaminin həbs oluna biləcəyini açıqlayıb. Məlumata görə, sənətçinin İnstaqram səhifəsində bütün yazılar silinib, istifadəçi adı və profil şəkli təhlükəsizlik orqanları tərəfindən dəyişdirilib.

Hələlik, İmaminin həbsinin səbəbləri, onun saxlanıldığı yer və ona qarşı irəli sürülən mümkün ittihamlar barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl molla rejimin ETTELAAT məmurları məhkəmə qərarı göstərmədən azərbaycanlı xanımın evinə gedib, evdə axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə etmişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button