Site icon Aznews TV

Azərbaycanlı sənətçi xanım çərşənbə günü təhlükəsizlik orqanına getdikdən sonra yoxa çıxıb

Azərbaycanlı sənətçinin ailəsinə yaxın olan məlumatlı mənbə Aşqın İmaminin həbs oluna biləcəyini açıqlayıb. Məlumata görə, sənətçinin İnstaqram səhifəsində bütün yazılar silinib, istifadəçi adı və profil şəkli təhlükəsizlik orqanları tərəfindən dəyişdirilib.

Hələlik, İmaminin həbsinin səbəbləri, onun saxlanıldığı yer və ona qarşı irəli sürülən mümkün ittihamlar barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl molla rejimin ETTELAAT məmurları məhkəmə qərarı göstərmədən azərbaycanlı xanımın evinə gedib, evdə axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə etmişdilər.

Exit mobile version