Dünya

Çexiya Prezidenti Ukraynaya dəstəyin davam etdiyini açıqlayıb

Ukrayna bundan sonra da Praqanın dəstəyinə arxalana bilər. Bu barədə Çexiya Prezidenti Petr Pavel ukraynalı həmkarı Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Münaqişə dövründə Çexiya təkcə hökumət deyil, həm də kommersiya şirkətləri və vətəndaşları Rusiyanın təcavüzü ilə mübarizə üçün Ukraynaya 45 milyard kron (təxminən 2 milyard avro) göndərib”, – Pavel bildirib.

Onun sözlərinə görə, Çexiya Ukraynaya 676 ədəd ağır texnika və hava hücumundan müdafiə sistemləri, təxminən 4 milyon 200 min ədəd orta və iri çaplı döyüş sursatları və 380 min artilleriya mərmisi verib.

Bundan əvvəl Zelenski bildirib ki, bir sıra dövlətlər Rusiyadan qorxduğu üçün ölkəsi NATO-ya üzv ola bilmir. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button