BölgəİranSiyasət

BƏƏ-nin xarici işlər naziri: Səudiyyə Ərəbistanı və BƏƏ İranla hərbi qarşıdurmaya deyil, diplomatiyaya üstünlük verir

Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Ənvər Qarqaş Səudiyyə Ərəbistanı və ölkəsinin İranla bağlı siyasi yanaşmaya üstünlük verdiklərini bildirib. O iki ərəb ölkəsi arasında əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq öz Twitter hesabında yazıb ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İranla hərbi qarşıdurmaya getmək niyyətində deyil.

BƏƏ rəsmiləri, həmçinin Qətəri iyulun 3-də İran və BƏƏ sahil mühafizə xidmətlərinin rəsmilərinin görüşündən siyasi sui-istifadə etməkdə günahlandırıb.

Bundan əvvəl, bəzi yerli KİV-lər BƏƏ-nin İrana münasibətini dəyişməsi barədə məlumat veriblər. O cümlədən, Türkiyənin Anadolu xəbər agentliyi Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun BƏƏ-nin İrana qarşı siyasətində dəyişiklik edilməsinə çağırış etdiyini bildirib.

İranın rəsmi Media qurumlarının məlumatına görə, İran və BƏƏ sahil mühafizə xidmətlərinin rəhbərləri Hörmüz Boğazında sərhəd təhlükəsizliyi, qanunsuz keçidlər, balıqçılıq və gəmiçilik hüquqları ilə bağlı danışıqlar aparmaq üçün görüşüblər.

İki ölkənin sahil mühafizə xidmətlərinin komandanlarının görüşü BƏƏ-nin İran siyasətini dəyişməsi əlaməti olaraq qiymətləndirilib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button