BölgəİranSiyasət

Bəhreyn: İran Körfəzdə təhdid və gərginlik yaratmağı dayandırmalı və Hörmüz Boğazında təhlükəsizliyə mane olmamalıdır

Aznews.tv “Radiozamaneh” saytına istinadən xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyi bəyanat yayaraq İran Xarici İşlər Nazirliyinin sözçüsünün açıqlamalarına cavab olaraq bu ölkəni “Körfəzdə və bütün Yaxın Şərqdə sabitliyə, təhlükəsizliyə və nəqliyyat azadlığına yönəlmiş səy və təşəbbüsləri pozmağa” cəhd etməkdə təqsirləndirib.

Ötən həftə ABŞ, Britaniya və bir sıra digər ölkələrin hərbi nümayəndələri dəniz koalisiyası yaratmaq üçün Bəhreyndə bir araya gəliblər.

ABŞ Dövlət Departamenti keçən bazar ertəsi, bu ilin fevral ayında Varşava konfransında iştirak edən 60 ölkənin nümayəndələrinin Hörmüz Boğazında gəmilərin təhlükəsiz hərəkətini təmin etmək üçün bir sıra ölkələrdə oxşar görüşlər keçirdiyini açıqlayıb.

Bəhreyn bu ilin 21-22 oktyabr tarixlərində Dəniz və Aviasiya Təhlükəsizliyi Sammitinə ev sahibliyi edəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi dünən Bəhreyn hökumətini “şübhəli və təxribatçı” görüşlər keçirməklə xarici ölkələrin Körfəzə müdaxiləsinə zəmin yaratmaqda ittiham edib.

 

Aznews.tv

Tags
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button