Dünyaİran

Bəhreyndə İranla bağlı şok araşdırma: 5 milyard dollar…

Bəhreyndə İrana məxsus 5 milyard dolların silinməsi ilə bağlı istintaq işi başladılıb.

Bu barədə danışan Bəhreynin Baş prokuroru Əli bin Fadl əl-Buayneyn İran üçün çirkli pulların yuyulmasında ittiham olunan şəxslərə qarşı istintaq başladıldığını bəyan edib.

İstintaq çərçivəsində minlərlə pul köçürülməsinin araşdırıldığını deyən Buayneyn ümumi məbləğin 5 milyard dollar civarında olduğunu qeyd edib.

“Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumata əsasən, İran Milli Bankı və Sədarət Bankı tərəfindən Bəhreyndəki Əl-Müstaqbel Bankı vasitəsi ilə nəzarət altına alınan pulların yuyulmasına dair araşdırma aparılır.

İran hələ məsələ ilə bağlı açıqlama verməyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close