
Qərbi Azərbaycanın Bukan (Bəykəndi) şəhərində 7.5 ton qaçaq ağac aşkarlanıb.
Aznews.tv xəbər verir ki, bu barədə Bukan şəhərinin polis komandiri Salman Heydəri məlumat verib.
“7 ton 500 kq ağırlığında olan yük maşınından qaçaq ağac aşkarlanıb. Ağacların dəyəri 210 milyon rial təşkil edir. Bununla bağlı 1 nəfər saxlanılıb, yük maşını isə müsadirə edilib. Saxlanılanlar məhkəməyə verilib.
Qeyd edək ki, aşkarlanan ağacların meşə ağacı olub-olmaması barədə heç bir məlumat verilməyib.