Site icon Aznews TV

Bəykəndidə tibbi maska qaçaqmalçılığı aşkarlanıb

Bəykəndidə təxminən 79 000 ədəd 3 qatlı qaçaq mask kəşf olunub. Belə ki, doğru adı Bəykəndi olan Bukan Vilayətinin Polis İdarəsinin fərmandehi sərhəng Salman Heydərinin açıqlamasına görə, polis məmurları Bəykəndi-Saqqız yolundan keçən maşınları kontrol edərkən Rəcai adına dayanacaqda şübhəli minik maşınını saxlayıblar. Axtarış tədbirləri zamanı həmin otomobildən 78 800 ədəd 3 qatlı qaçaq mask tapılıb. Olayda təqsirli bilinən 1 nəfər saxlanılıb. Pərvəndə təşkil olunandan sonra qanuni mərhələlərin keçirilməsi üçün məhkəmə vəzifəlisinə təhvil verilib. Mütəxəssislər bu sayda maskın dəyəri 800 milyon rial olduğunu bildiriblər.

Exit mobile version