İran

BMT Baş Assambleyası İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib

BMT Baş Assambleyasının üçüncü komitəsi İrana qarşı qətnamənin layihəsini daha öncə noyabr ayında qəbul edib.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 78 lehinə, 31 əleyhinə və 69 bitərəf səslə İranda insan haqlarının pozulmasını pisləyən qətnamə təbul edib. Daha öncə Kanada İranda insan haqlarının geniş və sistematik şəkildə pozulmasını pisləyən qətnamə qəbul etmişdi.

“Aznews tv” xənər verir ki, sözügedən qətnamənin qəbul edilməsi ilə İran İslam Cümhuriyyəti insan haqları dosyesi bir il daha açıq saxlanılacaq.

BMT Baş Assambleyasının üçüncü komitəsi İrana qarşı qətnamənin layihəsini daha öncə noyabr ayında qəbul edib.

Sözügedən qətnamə İranda insan haqlarının vəziyyətindən narahatlığını ifadə edərək İslam Cümhuriyyətindən tələb edir ki, çox sayda edam cəzaları, o cümlədən uşaqların edam edilməsi və zindanların şəraitinin yaxşılaşdırılması məsələsinə baxılsın, habelə real həyatda və ictimai şəbəkələrdə söz və toplaşmaq azadlığına qoyulan məhdudiyyətlər aradan qaldırılsın.

Qətnamə eyni zamanda, İran hökumətindən tələb edir ki, ölkədə dini azlıqlarının təqib edilməsinə son verilsin və insan hüquqlarının pozulması hallarını araşdırarkən qayda pozanları öz hərəkətlərinə görə məsuliyyətə cəlb etsinlər.

Xatırladaq ki, ötən il BMT Baş Assambleyası Kanadanın qəbul etdiyi İranda insan haqlarının vəziyyətini pisləyən qətnamə qəbul edib.

Related Articles

Bir cavab yazın

Back to top button