Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

BAEA Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İran və İsrail arasında bu gün elan edilən atəşkəsdən əvvəl həyata keçirilən hücumlardan sonra Fordo və Natanzdakı İran nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb.

Bu barədə BAEA-nın portalında dərc edilmiş bəyanatda deyilir.

“Amerikanın iyunun 22-də obyekti bombardman etməsindən sonra BAEA müəyyən edib ki, yeraltı obyektin yaxınlığındakı yollar və girişlərdən biri zərər görüb”, – məlumatda qeyd edilib.

Agentlik bazar ertəsi səhər məlumat verilən Fordoya zərbələr haqqında təfərrüatları dəqiqləşdirib.

Bundan əlavə, agentlik Natanzdakı əvvəllər zənginləşdirmə aparılan və materialların saxlanıldığı yeraltı zalların yaxınlığında Amerikanın zərbələrindən iki çuxur yeri aşkar edib.

Related Articles

Bir cavab yazın

Back to top button