BölgəDünya

Bağdaddakı “Taci” hərbi bazasına raket hücumu edilib

İraqın paytaxtı Bağdadın şimal-qərbindəki “Taci” hərbi bazasının yaxınlığına bir neçə “Katyuşa” raketi atılıb.

“Əl-Sumeria” Xəbər Agentliyinin məlumatına görə, baza yaxınlığına 8 raket hücumu edilib.

İraq təhlkəsizlik qüvvələri hücum nəticəsində ciddi insan itkisinin olmadığını bildirib. “Əl-Sumeria” isə bu hücumlara 3 nəfərin yaralandığını qeyd edib.

Sözügedən baza İŞİD-ə qarşı beynəlxalq koalisiyanın dəstəyi altında İraq qüvvələrinin təlim gördüyü hərbi bazalardan biridir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close