BölgəDünya

Bağdadın Sədr bölgəsində başlayan yeni etiraz dalğası 3 nəfərin ölümünə səbəb oldu

Bağdadın Sədr bölgəsində doşənbə günü gecə saatlarında başlayan yeni etiraz dalğasının 3 nəfərin ölümünə səbəb olduğu ilə bağlı xəbərlər yayılıb.

Aznews.tv Röyters-ə istinadən bildirir ki, Bağdadın Sədr bölgəsində etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində həyatını itirənlərin 15 nəfərə çatdığı qeyd olunur.

Sədrdə bazar ertəsi günü nisbi sakitlik hökm sürərkən İraqın baş naziri polis qüvvələrinə bölgədəki ordu qoşunlarını dəyişdirməyi əmr edib. Etirazlar eyni gecə yenidən şiddətli qarşıdurmalara səbəb olub.

Qeyd edək ki, İraqda bir həftədir davam edən iğtişaşlarda etirazçılar hökuməti istefa çağırıb və siyasi sistemdə köklü bir dəyişikliyə çağıran nümayişlər keçirilib. Bu nümayişlər 110 nəfərin ölümü ilə nəticələnib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close