Azərbaycan

Lük Koffi: “Müharibədə Azərbaycan əsgərləri qalib gəldi”

“ABŞ Cənubi Qafqaz regionunda daha fəal olmalıdır. Regiondakl diplomatik mövcudluğumuzu artırmalıyıq”.

Bunu “Heritage Foundation” Beynəlxalq Siyasət Mərkəzinin direktoru Lük Koffi “GCRF-Compass” və ADA Universitetinin təşkil etdiyi onlayn müzakirə zamanı deyib.

O həmçinin ABŞ-ın enerji yolları baxımından əhəmiyyətli və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə Baş Konsulluq açmasına ehtiyac olduğunu qeyd edib.

“Azərbaycanın ABŞ-ın Mərkəzi Asiya siyasətinə daxil edilməsinin də böyük perspektivləri var. Azərbaycanın coğrafi mövqeyi bunu diktə edir. Ölkə Mərkəzi Asiyaya açılan qapıdır. Energetika, infrastruktur və ticarət Xəzər dənizi hövzəsinin ABŞ-ın geosiyasətinə fəal qoşulmasını nəzərdə tutur”, – ekspert hesab edir.

Onun fikrincə, hərbi əməkdaşlığa da xüsusi diqqət yetirmək lazımdır: “ABŞ tərəfdən bölgə ölkələrinə hərbi yardım göstərilməsi emosiyalar və müxtəlif diasporlar tərəfindən yox, ABŞ-ın milli maraqları ilə diktə olunmalıdır. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə əlaqədar qeyd etmək istəyirəm ki, Azərbaycan əsgərləri müharibəni məhz yerdə, o cümlədən Şuşanı işğaldan azad edərək qazandılar”.

“Azərbaycan hansısa yolla 5 il sonra Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması üçün şərait yaratmalıdır və bu işə indidən başlamaq lazımdır. Bu missiyanı Aİ-nin Gürcüstandakı missiyasının nümunəsindən istifadə edərək monitorinq missiyasına çevirmək olardı. Azərbaycan üçün digər icbari vəzifə suverenliyinin Qarabağın bütün ərazisində yayılmasını, o cümlədən orada məhz Azərbaycan bayrağının olmasını, Azərbaycan valyutasının həqiqi istifadəyə verilməsini, Laçın dəhlizindəki trafikə nəzarət və digər məsələləri təmin etməkdir”, – deyə o fikrini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button