Araşdırma & TəhlilAzərbaycan

Bakı – Təbrizlə qardaşlaşmış gözəl şəhər…

Bakının “Nizami Gəncəvi” Ədəbiyyat Muzeyindən tutmuş Alov Qüllələrinə qədər görməli və tarixi məkanları ilə tanışlıq…

Azərbaycanın gözəl paytaxtı Bakı şəhəri İranın şimal-qərbindəki qonşusudur. İki ölkə arasında çox sayda mədəni yaxınlıq və oxşarlıqlar var. Bakı, Qafqaz bölgəsinin ən sıx və ən məşhur şəhəridir. Bakı, Təbrizlə qardaşlaşmış şəhər kimi tanınır. Bu şəhərin ayrı-ayrı yerlərində, ətrafında, küçələrində və restoranlarda da Təbrizin adına rast gəlinir. Hər iki şəhər Arazın o tay, bu tayının, Azərbaycanın ən əsas şəhərlərindəndir. Habelə, hər iki şəhər enişli-yoxuşlu tarixə malikdir.

Şübhəsiz ki, Bakıda ilk görməli yerləri onun ecazkar şəhər memarlığıdır. Sünnəti Qafqaz memarlığı, Şurəvi hakimiyyəti dövrünə aid binalar, Dubay və Honkonq səpkili müasir göydələnlər və Avropasayağı daş səkilərdən ibarət bir tərkib. Bunların hamısı birlikdə şəhərdə turistləri valeh edən xoş bir fəza yaradıb. Əgər siz də şəhərin görməli yerlərini gəzməyə maraqlısınızsa, Bakıda gəzintilərdən zövq alacaqsınız.

Bakının görməli yerləri az deyil, ancaq Azərbaycan paytaxtının görməli yerlərini tanıtmağa başlayacağımız ən vacib görməli yeri İçərişəhərdir. İçərişəhər qədim qala divarları ilə əhatəyə alınıb. Buna görə, şəhər sakinləri buranı “İçərişəhər” adlandırır. İçərişəhər YUNESKO-nun Dünya Mirası siyahısına salınıb və hər il minlərlə turist bura baş çəkməyə gəlir. İçərişəhəri Bakının döyünən qəlbi adlandırmaq yerinə düşər. Çünki Şirvanşahlar sarayı və Qız qalası kimi Bakının ən önəmli görməli yerləri elə İçərişəhərdə yerləşir.

İçrişəhər turu

İçərişəhər turu Qafqazın keçmişinə səyahət qədər cəzbedicidir. Şəhərin bu hissəsi 12-ci əsrə aiddir və binaların daş memarlığı, dar küçələri, restoranları, hədiyyə mağazaları və hər tərəfdən səslənən Azərbaycan xalq musiqisi unudulmaz Bakı turu üçün olduqca xoş bir başlanğıcdır. İçərişəhərə ziyarət pulsuzdur, ancaq Şirvanşahlar sarayını və Qız qalasını görmək üçün bilet almalısınız.

Qız qalası

Şübhəsiz ki, Qız qalası Bakının ən qədim və əsas yerlərindən biri hesab edilə bilər. Bir sıra arxeoloqları tarixi sənədlərə əsaslanaraq, qalanın dördüncü asrə aid olduğuna inanırlar. Maraqlıdır ki, bu qala Zərdüşt atəşkədələrindən biri olub. Zərdüştlüyün köklərinin İrana gedib çıxması Qız qalasının ziyarətini daha da maraqlı edir. Turistik cazibədarlığı ilə yanaşı, Qız qalası bütün Bakının üçüncü ən vacib milli-mədəni sərvətidir. Əgər siz qalanın adının səbəbi ilə maraqlanırsınızsa, bilməlisiniz ki, bu qala haqqında çoxlu əfsanələr dolaşıb. Qız qalası haqqında səslənən ən gözəl və əsas əfsanə, od mələyinin qızı haqqında olan əfsanədir. Bu ölkənin insanları inanırlar ki, şeytan heç vaxt bura nüfuz edə bilməyib və nüfuz edə bilməz.

Qız qalası Bakının tarixinin və keçmişinin ən vacib simvoludur. Qalanın hündürlüyü 29 metrdir və yuxarıdan Bakının və dənizin gözəl mənzərəsini seyr edə bilərsiniz. İlkin quruluşunun tarixi min ildən çox olan Qala çoxsayda xalq əfsanələri nəql olunur.

Şirvanşahlar sarayı

Şirvanşahlar sarayı bütün Azərbaycanın və Bakının ən vacib, ən böyük və ən qədim tarixi əsərlərindən biri hesab edilə bilər. Bu gözəl sarayın memarlığı Şirvan-Abşeron memarlığına əsaslanır və Bakının tarixi hissəsində yerləşir. 1964-cü ildə tarixi binalar siyahısına salınan sarayda indi təmir və yenidənqurma işləri aparılır. Xatırladaq ki, burada maraqlı məqam təkcə saraya baş çəkməklə bitmir. Əksinə, sarayın ətrafında bir çox mağazalar fəaliyyət göstərir ki, təkcə onların arasında gəzmək həqiqətən əyləncəli ola bilər. Bakının ən möhtəşəm məkanlarından biri olan Şirvanşahlar sarayının ətrafındakı görməli yerləri gəzmək üçün pul ödəməyə ehtiyac yoxdur. Ancaq saraya girmək üçün böyüklər 2 manat ödəməlidir. Diqqətlə baxsanız, sarayın əksi hətta 10 manatlıq əskinas üstündə də həkk olunub. Şirvanşahların Azərbaycana hökmranlıq dövründən qalan bu saray haqqında maraqlı məlumatlar var.

O cümlədən, sarayın oymaları və daş tağları, habelə səkkizguşəli günbəzli bina olan divanxana, sarayın xanımları, kişiləri və işçiləri üçün ayrı girişləri olan məscid. Sarayın tarixi haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə, ingilis dilində səsli bələdçi də var, amma bundan istifadə etmək ödənişlidir.

Bir çox şəhərlərdə şəhərin döyünən ürəyi sayılan canlı və izdihamlı küçələr var. Turistlər də boş vaxtlarının bir qismini bu növ küçələrdə keçirməyi və getdikləri şəhərin yerli fəzasında gəzməyi xoşlayırlar. Bakının ən görməli yerlərindən biri “Torqovi” adlanan Nizami küçəsidir. Bakı sakinləri bu küçəni sevir və onunla öyünür, bura xarici turistlər üçün isə İstanbulun İstiqlal küçəsini xatırladır. Daş səkili bu küçənin ətrafı gözoxşayan mağaza, kafe və restoranlarla doludur. Bu gözəl küçə gecə və gündüz canlı və əyləncəlidir. Heç vaxt orada gəzməkdən yorulmayacaqsınız. Bu küçədə gecə gəzintisiniunutmamağı sizə tövsiyyə edirik.

Bakı bulvarı və Fəvvarələr meydanı

Həm Azərbaycanın, həm də Qafqazın ən böyük liman şəhəri olan Bakı, bizim də yaxından tanıdığımız Xəzər dənizinin sahilində yerləşir. Biz iranlıların xatirələrimizlə bağlı bir dəniz və Bakıya səfər zamanı bu yaddaqalan gözəlliyi görürük. Bakının əsas küçəsi Xəzər dənizi boyunca uzanan ucsuz-bucaqsız bulvardır. Daş səkili bulvar, cazibədar və müxtəlif səpkili kafeləri, rahat və yaşıl sahəsi olan və həvəskar musiqiçilərinin ifadə etdikləri bu kafelər şəhər əhalisi və turistlərin ən çox toplaşdığı yerə çevrilib. Əlbəttə, Bakının ən yaxşı görməli məkanlarından olan bu gözəl dənizkənarı bulvarda gəzinti biz iranlılar üçün fərqli hisslər yaradır.

Bakı dənizkənarı bulvar

Sahil bulvarında gəzinti zamanı velosiped icarə edib, xoş havadan ləzzət ala-ala gəzintiyə çıxa bilərsiniz. Habelə, şəhərin bir sıra mühüm binaları, o cümlədən Bakı Biznes Mərkəzi, “Park Bulvar” alış-veriş mərkəzi və Muğam Mərkəzi də bulvarın ətrafında yerləşir. Şəhərin bu hissəsi, əsasən, alış-veriş üçün məşhur yerlərdən hesab olunur.

Fəvvarələr meydanı

Bakının əyləncə mərkəzlərindən daha biri Fəvvarələr meydanıdır. Bura Bakının ən möhtəşəm yerlərindən biridir və restoran və açıq hava kafeləri ilə doludur. Gecələr isə işıqlandırılmış fəvvarələr meydana gözəl bir görünüş bəxş edir. Şəhərdə gün boyu gəzintidən sonra gecə meydanda dincələ, Azərbaycan kababından ləzzət ala, yaxınlıqdakı yerli mağazalara və dükanlara baş çəkə və sonda özünüzü çaya qonaq edə bilərsiniz. Səfərə uşaqlarınızla birlikdə çıxırsınızsa, Fəvvarələr meydanı uşaqların oynaması və əyləncəsi üçün mükəmməl bir məkandır. Yeri gəlmişkən, Nizami Gəncəvi Muzeyi meydana yaxındır, binanın üzü gözəl heykəllərlə bəzədilib ki, əkkaslığa əlaqəsi olanlar üçün müxtəlif süjetlər verir.

Milli Azərbaycan Tarixi Muzeyi

Gedəcəyiniz şəhərin muzeylərinə baş çəkməyi və həmin şəhərin tarixi, mədəniyyəti ilə tanış olmağı xoşlayan turistlərdənsinizsə, Bakıdan əliboş qayıtmayacaqsınız. Bakının görməli yerlərindən biri də Milli Azərbaycan Tarix Muzeyidir. İndi muzeyə çevrilən bu imarət, öncələr ölkədə bir neçə məktəb və qəzet açan, tarixdə xüsusi yeri olan azərbaycanlı sərmayəçi Zeynalabdın Tağıyevin iqamətgahı olub. Bu muzey 1920-ci ildə yaradılıb və hər biri Azərbaycan tarixinin qədim, orta əsrlər və müasir dövrlərinə aid bir neçə qaleriyə malikdir. Bu muzey qaleriyasının tərrahlığı və dizaynı da xüsusi gözəlliyə malikdir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close