AzərbaycanSiyasət

Bakı və Ankara strateji əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji ortaqlığı müzakirə edib.

Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb və iki ölkənin Strateji Ortaqlıq Şurasının səkkizinci toplantısına qatılıb.

Türkiyənin siyasi və iqtisadi nümayəndə heyətinin başında Bakıya bir günlük səfəri çərçivəsində Ərdoğan bu toplantıda iki ölkənin ticarət həcmini indiki 4 yarım milyard dolardan 15 milyard dolara qədər artırmağı önərib.

O, habelə Türkiyə ilə Azərbaycanın bir sıra regional iqtisadi layihələrin, o cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolu və Trans-Anadolis (TANAP) qaz xəttinin Avropaya çatdırılması layihəsinin icrasında əməkdaşlığını vurğulayıb.

Ərdoğan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləməsinə işarə edərək deyib:

“Bu münaqişənin Azərbaycanın hakimiyəti və ərazi bütövlüyü əsasında həll olunmasını istəyirik”.

Əliyev isə Bakı ilə Ankara arasında hərbi və təhlükəsizlik əməkdaşlığına işarə edərk deyib:

“2019-cu ildə Azərbaycan və Türkiyə birgə hərbi manevrlar keçiriblər. Bu il oxşar hərbi proqramların sayı bu rəqəmi üstələyəcək”.

O, həmçinin, Türkiyədən modern hərbi təchizatın alınmasını da qeyd edərək, Bakıda keçirilən Strateji Ortaqlıq Şurasının 8-ci iclasında Türkiyə Prezidenti ilə birgə hərbi təchizatın istehsalı məsələsinin müzakirə olunduğunu bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close