Azərbaycanİdman

Bakının “Neftçi” futbol klubu Ərdəbilə gəlir

“Neftçi” klubu Ərdəbil şəhərində olduğu müddətdə bir neçə hazırlıq oyunu keçirəcək.

Aznews.tv “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərdəbil Vilayəti Gənclər və İdman Baş İdarəsini rəisi Bəhram Ağaxani açıqlamasında qeyd edib.

“Azərbaycanın “Neftçi” futbol klubu Biləsuvar sərhədindən keçib vilayətimizə daxil olacaq. Komanda Ərdəbil şəhərində düşərgəyə gəlir. Burada olduğu müddətdə avqust ayının 31-i, sentyabr aynın 2-ci və 4-cü günlərində Ərdəbil futbol klubları ilə dostluq müsabiqəsi keçirəcək. Belə müsabiqələr yerli klubların təcrübə əldə etməsində olduqca əlverişlidir. Ərdəbilin “Şəhrdari” klubu Neftçi komandası ilə dostluq müsabiqəsi keçirən klublardandır. Qalan iki komanda isə “Neftçi” ilə danışıqlardan sonra müəyyən ediləcək. Biz “Neftçi” komandasını vilayətimizdə qarşılamağa tam hazırıq. Eləcə də qonşu ölkələrlə idman sahəsində əlaqələrin gücləndirilməsində olduqca maraqlıyıq”, – Ağaxani bildirib.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button