Dünyaİran

Ümumdünya Mətbuat Azadlığı Günüdür, İran 176-cı yerdədir

Sərhədsiz Repotyoelar Təşkilatı mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə yeni hesabatını açıqlayıb.

2024-cü il üzrə hesabata əsasən İran mətbuat azadlığı baxımdan 180 ölkə sırasında 176-cı yerdə qərarlaşıb.

Bu ölkə ancaq Şimali Koreya, Əfqanıstan, Suriya və Eritreyadan yuxarı yerləşir. Siyahıda Türkmənistan, Ərəbistan və Azərbaycan mətbuat azadlığına görə İrandan xeyli yuxarı pillələrdə qərarlaşıblar.

Sərhədsiz Repotyoelar Təşkilatının məlumatına istinadən İran mətbuata qarşı “kütləvi həbslər” baxımdan jurnalistlərlə münasibətdə düyna üzrə ən böyük həbsxanalardan biri hesab olunur.

Həmçinin bildirilib ki, Orta Şərq ölkələrində 2024-cü il üzrə mətbuat azadlığı əmsalı enməkdədir.

Hesabata əsasən Orta şərq ölkələrində, o cümlədən İranda müharibə, korrupsiya, iqtisadi böhranlar, feminizm, etniklər və bu kimi sahələr barədəjurnalistlərə xəbərin lazımınca  yayımına icazə verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button