Site icon Aznews TV

Baş redaktor məhkəməyə çağırıldı

Bu barədə qəzetin İran Məhkəmə Sistemi məlumat yayıb.

Baş redaktorun məhkəməyə çağırılması “Şərq” qəzetində “iffət və hicab” qanun layihəsi və əhalinin hicabın əleyhinə olması ilə bağlı məlumatın yayılması olub.

Qəzet məcburi hicab qaydalarının tətbiqi ilə bağlı sorğu keçirib və sorğunun nəticələrinə görə, müxtəlif təbəqə və yaş qrupundan olan respodentlərin əksəriyyəti məcburi hicab qaydalarına qarşı olduqlarını bildiriblər.

12300 nəfər arasında keçirilən sorğuda 84.2 faiz hökumətin hicabla bağlı qanun layihəsinin əleyhinə səs veriblər.

Qeyd edək ki, baş redaktor Mehdi Rəhmaniyan bundan əvvəl 2018-ci ildə də Məşhəd şəhərində qadınların cinsi istismara məruz qalmaları ilə bağlı yaydığı məlumata görə həbs edilmişdi.

Exit mobile version