Dünyaİran

Pekində SƏK, Çin və İranın birgə komissiyasının ilk iclası keçirilib

Dekabrın 15-də Pekində Səudiyyə Ərəbistanı və İran nümayəndə heyətləri başçılarının Çinin xarici işlər naziri Vanq Yi ilə görüşü olub.

Səudiyyə Ərəbistanı nümayəndə heyətinə xarici işlər nazirinin müavini Əl-Xereici və İranın xarici işlər nazirinin müavini Baqiri başçılıq ediblər. Səudiyyə Ərəbistanı (SƏK) ilə İran arasında 2023-cü ilin martında diplomatik münasibətlərin bərpasından sonra münasibətlərdə əldə olunan müsbət nəticələr müzakirə edilib.

Qəzza zolağında “regional və qlobal təhlükəsizliyə və sülhə təhdid yaradan” mövcud vəziyyətdən narahatlıq ifadə olunub. Vurğulanıb ki, “Fələstinlə bağlı gələcək hər hansı razılaşma onun öz dövlətini qurmaq hüququnu dəstəkləməlidir”.

Komissiyanın növbəti iclası 2024-cü ilin iyununda Səudiyyə Ərəbistanında keçiriləcək (“Asharq Al-Awsat” qəzeti, ISNA).

Martın 10-da İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıb.

Related Articles

Bir cavab yazın

Back to top button