Dünya

Ukraynada öldürülən uşaqların sayı artıb

Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində uşaqlar ölməkdə davam edir. Aprelin 6-da səhər saatlarına olan məlumata görə, 167 uşaq ölüb.

Bu barədə Baş Prokurorluğun Telegram kanalında bildirilib.

“Aprelin 6-da səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində 446-dan çox uşaq zərər çəkib. Eyni zamanda, 167 uşaq ölüb, 279-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda deyilir.

Uşaqlar ən çox Kiyev vilayətində öldürülüb – 78 nəfər.

Donetskdə – 81, Xarkovda – 64, Çerniqovda – 49, Nikolayevdə – 39, Luqanskda – 31, Zaporojyedə – 22, Xersonda – 29, paytaxtda – 16, Sumıda – 16, Jitomirdə – 15 uşaq müharibə qurbanı olub.

Bombardman və top atəşləri nəticəsində 927 təhsil müəssisəsi zərər görüb, onlardan 83-ü tamamilə məhv edilib. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button