Site icon Aznews TV

Bayden İrana nəzarəti Robert Malliyə tapşıracaq

Amerikanın yeni prezidenti Co Bayden keçmiş prezident Barak Obamanın Yaxın Şərq üzrə müşaviri Robert Malliyə vəzifə verəcək. Bu barədə “Reuters” ajansı xəbər yayıb. Məlumata görə, Robert Malli Amerika prezidentinin İran üzrə özəl elçisi təyin ediləcək.
Qeyd edək ki, Ağ Ev daha öncə Baydenin müttəfiqləri ilə İranla danışıqlar planlarını müzakirə etmək niyyətini açıqlayıb. Rəsmi Tehran isə Amerika ilə danışıqların planlaşdırılmadığını açıqlayıb. İran danışıqlarda irəliləyişin əldə olunması üçün Vaşinqtonun təhrimləri ləğv etməli olduğunu diqqətə çatdırıb.

Exit mobile version