“Vaşinqton diplomasi yürütməyə və Tehranın atom proqramı ilə bağlı danışıqlara hazırdır. Eyni zamanda İranın bölgədə sabitliyi pozan fəaliyyətinə son qoymaq istəyir”. Bu fikirləri fevriyənin 19-da Amerika prezidenti Co Bayden Münhen Əmniyyət Konfəransında çıxışı zamanı səsləndirib. “Biz irəliyə doğru addımlamalı və İranın atom proqramı ilə bağlı danışıqlar aparmalıyıq. Bu, bizi doğru yola yönəldən bir addımdır”,-deyə Amerika prezidenti diqqətə çatdırıb. Bildirək ki, Bayden dövləti Trampın “maşa mexanizmi”ni işə salmaq və İrana qarşı bütün təhrimləri yenidən icra etmək mövqeyindən geri çəkilib.