İran

İranda fəhlələr etiraz olaraq boş süfrə açıblar

İranın Həft-Təpə şəkər qamışı karxanasının dərmanlama bölməsinin işçilərinin etisabı davam edir.

AN.Tinin məlumatına görə, onlar etisablarının 13-cü günündə öz durumlarını hamının diqqətinə çatdırmaq üçün boş süfrə açıblar.
Bununla da yoxsulluq içində yaşadıqlarını, ailələrinin bütün günlərini boş süfrə ilə keçirdiklərini diqqətə çatdırıblar.

Xatırladaq ki, fəhlələr ağır iş şəraitinə, aylıqların az olmasına və gecikmiş pullarının ödənilməməsinə etiraz olaraq etisab keçirirlər.
İran hökuməti isə onların istəklərini yerinə yetirmək istəmir.

Related Articles

Bir cavab yazın

Back to top button