Site icon Aznews TV

Bayden: “Putin müharibəyə başlayanda NATO-nu parçalayacağını düşünürdü”

“Finlandiya, NATO-ya xoş gəlmisiniz. Bu gün tarixi gündür. Alyansımıza qoşulmağınız bizi həmişəkindən daha güclü edəcək”, – Bayden sosial şəbəkə hesabında yazıb.

“Mən İsveçi də NATO müttəfiqi kimi ən qısa zamanda qarşılamağı səbirsizliklə gözləyirəm”, – ABŞ rəhbəri əlavə edib.

“Ən yeni müttəfiqimiz Finlandiya tərəfindən gücləndirilərək, Transatlantik təhlükəsizliyi qorumağa, NATO ərazisinin hər qarışını müdafiə etməyə və qarşılaşdığımız bütün çağırışlara cavab verməyə davam edəcəyik”, – Bayden fikirlərini yekunlaşdırıb.

Exit mobile version