Site icon Aznews TV

Bayden Rusiyanı hədələdi

Bu barədə o, CBS telekanalına verdiyi müsahibədə bildirib.

Jurnalist Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi halda hansı nəticələrlə üzləşəcəyini, ABŞ-ın hansı reaksiya verəcəyini soruşub.

“Siz elə düşünürsünüz ki, bunun necə olacağını dəqiq bilsəm, sizə deyərdim? Təbii ki, sizə deməyəcəyəm. Bunun nəticələri olacaq. Onlar indiyədək olmadığı qədər təklənəcəklər. Bizim cavabımız onların hərəkətlərinin miqyasına əsasən olacaq”, – deyə Ağ Evin rəhbəri müvafiq suala cavab olaraq bildirib.(oxu.az)

Exit mobile version