Site icon Aznews TV

Bayden Ukrayna ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını keçirib

Bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Bayden Rusiyanın Ukrayna ilə sərhəddə qüvvələrini gücləndirməsi kontekstində son hadisələri müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının iclasını keçirib”, – Ağ Evin mətbuat xidməti bildirib.

Xatırladaq ki, görüşün planlarını Ağ Evin mətbuat katibi Cen Psaki açıqlayıb.

“Bayden Ukraynada dəyişən vəziyyəti izləməyə davam edir və onun milli təhlükəsizlik komandası ona hadisələr haqqında mütəmadi olaraq hesabat verir”, – deyə o, qeyd edib.

Exit mobile version