Site icon Aznews TV

Baydenin köməkçisi Ərdoğanın sözçüsü ilə regional məsələləri müzakirə edib

ABŞ Prezidenti Co Baydenin köməkçisi Ceyk Sallivan Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla telefonla danışıb.

Aznews tv xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn yazılı açıqlama yayıb

Horn danışıqlarda Rusiya-Ukrayna sərhədində yaranmış gərginliyi və Rusiyaya diplomatik təsir imkanlarının müzakirə olunduğunu bildirib.

Horn Sallivanla Kalın arasında telefon danışığı zamanı regional məsələlərin, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının müzakirə edildiyini vurğulayıb.

Exit mobile version