
İran behdaşt vəzirinin müavini İrəc Hərirçi juənin 18-də jurnalistlərə açıqlamasında yeni koronavirus pandemisinin yüksək sürətlə yayılmasından danışıb.
Hərirçi deyib ki, hazırda İranın 10 ustanında “Covid-19” infeksiyonunun yayılması artan xətlə davam edir. O deyib: “Həmin ustanlarda koronavirusun yüksək nöqtəsinə çatması isə vətəndaşların behdaşti qaydalarına riayət etməməsi, toy və yas mərasimlərini keçirməsi ilə əlaqədardır.
Ölkədə koronavirusla bağlı ölüm hallarının ən azı 1 ilə qədər davam edəcəyi gözlənilir-deyə, vəzirlik rəsmisi bildirib.
O, Buşehr, Əhvaz, Şərqi Azərbaycan, Kirmanşah və Hormozqan ustanlarında koronovirusla bağlı vəziyyətin böhranlı olduğunu bildirib. Bu ustanlar mərizliyin sürətlə yayılması baxımından qırmızı vəziyyətdədir.