Dünyaİran

Amerika prokurorluğu İran casusunu terrorçuluqda ittiham edib

Amerikalı prokuror bazar ertəsi məhkəmə heyətinin üzvləri ilə keçirilən toplantıda İrana casusluq edən Aleks Səəbi terror aktı hazırlığı görməkdə olduğunu və proqram təminatı üzrə mütəxəssisin əslində 2000-2005-ci illərdə terror hücumları üçün Amerikanın əsas əhəmiyyətli yerləri barədə məlumat topladığını deyib.

Baş prokurorun köməkçisi Samuel Adelsberg Nyu Cersidə yaşayan ikili kimliyi olan 45 yaşlı Aleks Səəbin “Hizbullah” terror təşkilatına işlədiyini və İranın hədəfə alınacağı təqdirdə Amerikanın əhəmiyyətli obyektlərinə hücum etməyə hazırlıq gördüyünü bildirib.

“O, gündüzlər komputer mühəndisi kimi işləyib, texnologiya şirkətlərində çalışıb və Amerika vətəndaşlığını qazanıb.

Ancaq gecələr Nyu-York, Boston, Vaşinqton və hətta Fransa, Çek və Türkiyə cumhuriyyətlərində potensial terror hədəflərini müəyyən etməyə çalışan terrorçu olub”-deyə, prokuror köməkçisi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button