Site icon Aznews TV

Benyamin Netanyahu: “İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyəm”

O, bu barədə İsrailin “Kanal 14” televiziyasına verdiyi müsahibədə danışıb.

Baş nazir əlində səlahiyyəti olduğu müddətdə başqalarının köməyinin olub-olmamasından asılı olmayaraq, İranın bu cəhdlərinə qarşı çıxacağını söyləyib.

Netanyahunun bu çıxışı ilə eyni zamanda Amerika və İsrailin müdafiə nazirlərinin müavinləri Pentaqonda görüşüblər. Onlar İranın regionda sabitliyi pozan fəaliyyətlərinin və nüvə silahı əldə etməsinin qarşısının alınması barədə öhdəliyə hər iki ölkənin sadiq qaldığını bildiriblər.

Exit mobile version