İqtisadiyyatİran

Benzini 3-4 ay öncə bahalaşdırmaq istədik – Fəzli

3-4 ay bundan öncə istədik, benzini bahalaşdıraq. Bu haqda Milli Təhlükəsizlik Şurasında qəti qərar alındı.

Bu sözləri İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib. Onun sözlərini “Xəbər onlayn” agentliyi yayımlayıb.

“Ancaq qanunun icrasından 2 gün qabaq, məsulların birinin dilindən sızdığına görə, məcbur olduq hadisəni danaq və icra etməyək. Çünki təcrübə göstərmişdi ki, millət 2 gün öncədən ehtiyat benzin almağa çalışacaq. İki gün bütün yanacaqdoldurma məntəqələrində benzin almaq üçün uzun növbələr olacaq və bu bir sıra problemlər yaradacaq. Üstəlik ehtiyat benzinlərində zərərlərinə göz yummaq olmazdı. Elə bu səbəbdən qərarın icrasını səssizcəsinə yatırtdıq və mediada düzgün xəbəri dandıq”,  – nazir qeyd edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close