Site icon Aznews TV

Beş min İsrail rəsmisi Baydenə xitabən: “İranın nüvə təhlükəsinə qarşı ən təsirli alət hərbi variantdır”

Amerika prezidenti Co Baydenə ünvanladıqları məktubda İsrailin müdafiə və təhlükəsizlik orqanlarının 5 mindən çox rəsmisi Vaşinqtonun İranla nüvə sazişini canlandırmaq səylərini dayandırmağa çağırıb və vurğulayıblar ki, İran rejiminin nüvə təhlükəsinə qarşı ən təsirli rıçaq, “hərbi variant”dır.

“Fox News” xəbər ajansının məlumatına görə, İsrail rəsmiləri Baydenə şikayət ediblər ki, onun hökuməti İran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün dəfələrlə öhdəlik götürməsinə baxmayaraq, qarşıdakı sövdələşmə, rejimin 2031-ci ilə qədər nüvə silahı əldə etməsi üçün “qanuni yol” yaradacaq, eyni zamanda, imzalayanların buna mane olmaq üçün hər hansı vasitədən məhrum edəcək.(https://bit.ly/3Q30nqx)

Exit mobile version