Cəmiyyətİran

Beynəlxalq Əfv Təşkilatı: Beynəlxalq ictimaiyyət İranda insan haqları vəziyyətinin pisləşməsini qınamalıdır

Aznews.tv “Deutche Whelle” saytına istinadən xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı beynəlxalq ictimaiyyəti İranda pisləşən insan haqları ilə bağlı vəziyyəti açıq şəkildə qınamağa və İran hökumətinə bu məsələlərin həlli üçün yollar təklif etməyə çağırır. Belə bir açıqlama BMT-nin İnsan Haqları Şurasının iclası ərəfəsində yayılıb.

“Dünya dövri icmalı” adlı iclas noyabrın 8-də Cenevrədə BMT İnsan Hüquqları Şurasında keçirilir.

Beynəlxalq Əfv Təşkilatı bu münasibətlə press-reliz yazaraq, beynəlxalq birliyi və iclasda iştirak edən ölkələri İranda geniş yayılmış insan hüquqları pozuntularını qınamağa və “bu halların aradan qaldırılması üçün İran rəsmilərinə konkret həll yolları təklif etməyə” çağırıb.

Açıqlamada Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tədqiqat və hüquqi işlər üzrə direktoru Filip Lüterə istinadən deyilir: “İranda insan hüquqlarının pozulmasına dair dəhşətli hallar, insan haqları müdafiəçilərinin amansız təqib və mühakimə edilməsindən tutmuş qadınlara və azlıqlara qarşı geniş ayrıseçkilik və insanlığa qarşı cinayətlərin davam etməsi ilə bağlı siyahı bu ölkədə insan hüquqlarının pisləşməsini göstərir”.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close