Dünyaİran

Beynəlxalq Əfv Təşkilatı İranda həbs edilən fəalların azad edilməsini tələb edib

Beynəlxalq Əfv Təşkilatı 5 iyun  “Dünya Çevrə Günü” münasibətilə İran səlahiyyətlilərindən çevrə fəallarını tez və şərtsiz azad etmələrini tələb edib.
Aznewst.tv xəbər verir ki, Əfv Təşkilatı həbsdə olan fəalların “vicdan məhbusu” olduğunu vurğulayaraq, çevrə mühafizəsi üzrə 8 fəalın vəziyyəti ilə bağlı bəyənat verib.
Sam Rəcəbi, Amir Hüseyn Xaleqi, Humən Cokar, Sepide Kaşani, Nilufər Bəyani, Tahir Qədiriyan, Abdolreza Kohpyə və Murad Tahbaz İran məhkəmə orqanlarının “xaricilər üçün casusluq” və “Fəsad fil ərz” ilə ittiham olunan 8 nəfərdir.

İnsan Hüquqları Təşkilatı isə bildirib ki, bu şəxslərin mühakimə edilməsi ədalətsizlikdir. Eyni zamanda fəallara həbs müddətində işgəncə və pis rəftar edildiyini vurğulayıb.

Aznewst.tv

Related Articles

Bir cavab yazın

Back to top button