Cəmiyyətİran

“Beynəlxalq Əfv Təşkilatı”: İranda qadınların stadiona məhdud girişinə icazə verməsi hökumətin spekulyativ təbliğat aktıdır

Aznews.tv “İranintl” saytına istinadən xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrikadakı tədqiqat və hüquq məsələləri üzrə direktoru Filip Lüterin sözlərinə görə, İran hökumətinin cümə axşamı günü futbol matçını izləmək üçün qadınların stadiona gəlməsinə məhdud şəkildə girişinə razılıq verməsi Səhər Xodayarinin özünü yandırmasından sonra zədələnmiş etibarını bərpa etmək məqsədilə həyata keçirdiyi bir təbliğat aktıdır.

O çərşənbə günü yaydığı açıqlamada, İranın cümə axşamı günü futbol matçını izləmək üçün məhdud sayda qadınların stadiona girişinə icazə verməsi qərarı “Səhər Xodayarinin faciəli ölümü ilə əlaqədar qlobal etirazlar sonrasında imiclərini bərpa etməyə yönəlmiş hökümətin spekulyativ təbliğat aktı” olduğunu deyib.

“Mavi qız” kimi tanınan Xodayari kişi paltarında stadiona girdiyinə görə həbsdən azad edildikdən sonra sentyabrın 2-də özünü yandırıb və bir həftə sonra həyatını itirib.

İran hökuməti son 40 il ərzində ilk dəfə FİFA-nın təzyiqi ilə İran və Kamboca futbol matçının izləmək üçün qadınlara 3500 bilet satıb.

Qeyd edək ki, 1979-cu ildə İran İnqilabının qələbəsindən və İslam Respublikası hökümətinin bərqərar edilməsindən bəri qadınların stadiona girişi qadağan edilmişdi.

FİFA prezidenti Gianni İnfantino bu yaxınlarda İran qadınlarının stadionlara girişinin qadağan edilməsini “qəbuledilməz” adlandırıb və İslam Respublikasını Dünya kubokundan öncə qadağanı qaldırmağa çağırıb.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close